Reklam kampaniyasında gözlənilən uğurun əldə edilməsində önəmli rollardan birini də ən doğru reklam daşıyıcılarının seçilməsi oynayır.
“AirMedia” şirkəti olaraq, biz bu daşıyıcıları seçərkən hər zaman hədəf kütləni və onun istəklərini nəzərə alırıq. Bu istəklər çox vaxt ən kütləvi reklam vasitəsi olan televiziya və radioda öz qarşılığını tapır.
Ona görə də, televiziya və radio kimi vasitələrdə reklam hər zaman vacibdir. Sadəcə olaraq burada da doğru zamanlama və effektiv planlama vazkeçilməzdir ki, bunu da səmərəli fəaliyyətimiz sayəsində tam olaraq təmin edirik.
Televiziyada reklam yerləşdirmək bahadırmı?
Televiziya reklamlarının səsli və görüntülü olması verilən mesajları daha aydın, reklamı daha təsirli edir.
TV-də reklam yerləşdirmək vizual olaraq bahalı görünməsinə baxmayaraq, düzgün büdcələmə və planlaşdırılma ilə reklamı keyfiyyətli və gəlir gətirən investisiyaya çevirə bilərik.
TV də reklam yerləşdirmənin üstünlükləri:
· Hədəf kütləyə tez bir zamanda çatır;
· Ölkənin bütün ərazisini əhatə edir;
· Reklam çarxının ölçülərini tənzimləmək mümkündür;
· İstehlakçının yaddaşında markanın imicini formalaşdırır;
· Gün (il, ay) ərzində prime-time (ən çox TV izlənmə saatları) və digər saatlarda yayımlanma imkanı;
· Onu da qeyd edək ki, kanallarda yayımlanan reklamlar haqqında çıxarışlar (efir arayışı) rəsmi məktub şəkilində müştəriyə təqdim edilir.
TV-də reklamlar bir neçə formada yayımlana bilər:
· Sponsor reklam;
· Birbaşa reklam;
· Subliminal reklam (insanlara şüur altı təsir edir);
· Məşhurların müsahibə zamanı söhbət əsnasında marka adı çəkməsi;
· Müstəqil TV verilişlərin yaradılması.