az
en ru
az
en ru
HAQQIMIZDA
Biz kimik? Karyera Vakansiyalar
Biz kimik? Karyera Vakansiyalar
XİDMƏTLƏR
Air Entertainment Air Transfer Air Media Air Tech Air Miles
Air Entertainment Air Transfer Air Media Air Tech Air Miles
PARTNYORLAR
ƏLAQƏ
 
Inflight Entertainment
Daha ətraflı
 
Hava Limanında Reklam
Daha ətraflı
Inflight Entertainment
Daha ətraflı
Hava Limanında Reklam
Daha ətraflı
Air Entertainment
Təyyarədaxili Əyləncə Sistemləri üzrə Xidmətlər Kontent Seçimləri Texniki Xidmətlər Kreativ xidmətlər
Air Entertainment şirkətinin əsas fəaliyyəti, müştəri aviaşirkətlər üçün müxtəlif növ kontentlərin təmin edilməsi yolunda illərboyu toplanmış təcrübəyə əsasən, təyyarədaxili əyləncə sistemlərinin təşkil edilməsi üzərində cəmləşmişdir. Dünya üzrə əldə edilmiş səmərəli əlaqələr sayəsində, ən yeni və klassik kinofilmlər, çoxjanrlı müsiqi parçaları, maarifləndirici sənədli filmlər, məzəli çəkilişlər, maraqlı video oyunlar və s. materialları sifarişçilərimizin bütün tələblərinə uyğun olaraq çatdırılmasında tam olaraq səriştəliyik.

Hazırki dövrdə Air Entertainment şirkəti yüksək ruhlu və motivasiyalı professionallardan ibarət güclü komandaya sahib olmaqla, qarşıya qoyulan həm yerli, həm də beynəlxalq miqyaslı tapşırıqları yerinə yetirmək iqtidarındadır.

Biz, nəzərimizdə olan regionların müvafiq sənayeləri üzrə standartları quraraq, həmçinin, yeni texnologiyaların inkişaf nəbzini tutub, gələcəyə yönlənmiş nikbin baxışlarla, xidmətlərimizdən məmnun qalan müştərilərimizin siyahısını zənginləşdirməkdə davam edirik.

Air Transfer
AirTransfer şirkətinin əsas fəaliyyət istiqaməti qonaqlara etibarlı transfer xidmətləri təklif etməkdir. Xidmət istər hava limanından şəhərə və əksinə, istərsə də şəhərdaxili transferi müasir, yüksək zövqlə təchiz olunmuş qara 2018-ci il istehsalı olan
Mercedes-Benz Vito minivan avtomobillərlə təşkil edir. Bu xidmət çoxsaylı sərnişinlərin ehtiyaclarını qarşılamaq üçün nəzərdə tutulur. Belə ki, AirTransfer xidməti standart taksiyə sığmayan və ya daha lüks şəraitdə hərəkət etmək istəyən sərnişinlər üçündür: bura turistlər, şirkət qonaqları və s. aiddir. Peşəkar təlim görmüş sürücülər, sərfəli qiymət, güvənilir səyahət imkanları ilə şirkət artıq öz uğurlu fəaliyyətini həyata keçirir.
AirTransfer tərəfdaşların, həm korporativ həm də fərdi müştərilərin ehtiyaclarını qarşılamaq üçün bütün sifarişləri internet sayt, mobil tətbiq və ya *2000 çağrı mərkəzi vasitəsi ilə 24/7 qəbul edir.
Air Media
Çöl reklamları Hava limanında reklam Televiziya və Radio Jurnalda reklam Müştərilər

Müasir rəqabət dolu dövrdə öndə olmağın ən önəmli elementlərindən biri şirkətin güclü brend imicinə malik olmasıdır. Bunu isə, yalnız düzgün brend strategiyası sayəsində təmin etmək mümkündür.  


“AİR MEDİA” şirkətinin ixtisaslaşdığı sahələrdən biri də, güclü brend imicinin formalaşmasında olduqca vacib rola malik olan, geniş reklam fəaliyyətidir. Bu baxımdan, şirkətimiz dövrün tələblərinə uyğun olaraq bütün növ reklam xidmətlərinin göstərilməsi üzrə ixtisaslaşmışdır.

Böyük təcrübəyə malik olan komandamız Sizin üçün uğurlu reklam və media strategiyaları hazırlamağa və reallaşdırmağa qabildir. 


Məqsədimiz – hər bir müştəriyə özəl olduğunu hiss etdirmək və keyfiyyətli xidmət göstərməkdir. 

“AİR MEDİA” şirkəti olaraq dəyişməz strategiyamız müştərilərimiz və tərəfdaşlarımızla əməkdaşlığımızın davamlılığı və uzunmüddətliliyini  təmin etməkdən ibarətdir.

Air Tech
Xidmətlərimiz E-Kommersiya Həlləri
Müxtəlif ixtisaslar üzrə peşəkar Aviasiya mütəxəssisləri tərəfindən yaradılmış şirkətimizin əsas məqsədi müasir İT-dən istifadə etməklə aviaşirkətlərin satışlarını və gəlirlərini artırmaqdır. Şirkətimizin fəaliyyəti iki əsas istiqamətə ayrılır: informasiya texnologiyaları və təhlükəsizlik xidmətləri. Dinamik şəkildə inkişaf edən informasiya texnologiyaları bazarında şirkətimiz müştəri məmnuniyyətinə xüsusi önəm verir, hər bir sifarişçisi üçün ən əlverişli və münasib həllər təmin edir. Şirkətimiz geniş çeşiddə xidmətlər təklif edir. Həmin xidmətlərlə “Xidmətlərimiz” bölməsində tanış ola bilərsiniz.

Əsas dəyərlərimiz:

- Dürüstlük
- Yüksək səviyyəli xidmət
- İnnovativlik
- Uğurlu partnyorluq

Air Miles
Air Miles Nədir?

Air Miles öz İstifadəçilərinə tərəfdaş şəbəkəsinə daxil olan şirkətlərin xidmətlərindən istifadə edərək bonus milləri qazandıran loyallıq proqramıdır. Siz qazandığınız milləri "Azərbaycan Hava Yolları"-nın və "Buta Airways"-ın istənilən istiqamətləri üzrə uçuş biletinə, eyni zamanda tərəfdaşlarımızın məhsul və xidmət kuponlarına dəyişə bilərsiniz.

Partnyorlar

Air Miles-ın tərəfdaşlar şəbəkəsinə seçilmiş restoranlar, hotellər, butiklər, müxtəlif geyim, ətir və elektronika mağazaları, sağlamlıq, idman və əyləncə mərkəzləri, elektron ticarət saytları, elekton ödəmə vasitələri və bir sıra digər xidmət məntəqələri daxildir.

Haqqımızda
Xidmətlər
Partnyorlar
Əlaqə
Copyright © 2023 AIRGROUP. All Rights Reserved.