Təyyarədaxili dərgilərdə reklamların yerləşdirilməsi Sizin özünüz barədə ətraflı məlumatın verilməsi, həmçinin, göstərdiyiniz xidmətlər və təklif etdiyiniz mallar ilə maraqlanan hədəf auditoriyanın maksimum dərəcədə cəlb edilməsi yolunda ən mükəmməl vasitədir. Aviaşirkətin hava limanında yayımladığı dərgi və xəbərlər toplusunda yer alan reklam materialları reklam verən qurumlara onların məxsus olduqları brendin tanıdılması, prestijinin qiymətləndirilməsi və ticarət markasının həm daxili, həm də xarici bazarda inkişaf etdirilməsi üçün unikal imkanlar yaradır.
HAVA GƏMİLƏRİNİN DƏRGİLƏRİNDƏ REKLAM YERLƏŞDİRİLMƏSİ
Yaşadığımız müasir dövrdə bütün iri aviaşirkətlərin təyyarə daxilində yayımladığı əlahiddə dərgiləri mövcuddur; həmçinin, bir çoxları həmin materialları bilavasitə hava limanlarında da geniş kütləyə çatdırmaqdadır. Sözügedən nəşrlər özlüyündə populyar istiqamətlərin müsbət tərəfləri, eksklüziv səyahət imkanları və əyləncə tipli obyektlərin məcmusu rolunu oynayır. Əlbəttə ki, işlər bununla məhdudlaşmır. Hər şeydən öncə, hədəf auditoriya nəzərdə tutulur; belə ki, təyyarədaxili oxucular, əsasən, uğurlu, çevik və yüksək alıcı qabiliyyətinə malik məqsədyönlü şəxslərdir. Bununla da, həmin sərnişinlər təklif olunan xidmət və məhsulların, bir çox halda, fəal istehlakçıları anlamına gəlirlər.
HAVA LİMANI JURNALLARINDA REKLAM
Şübhəsiz ki, səyahətə gedənlər, onları yola salan və qarşılayan fərdi şəxslər bu tip nəşrlərin ən potensial oxucularıdırlar. Hava gəmisinə miniyi gözləyən sərnişinlər reklamlarınız ilə yaxından tanış ola bilər, habelə, onların gələcəkdə Sizin xidmət və məhsullarınız baxımımdan daimi müştəriyə çevrilmələri ehtimalı da böyükdür. Hazırki reklam üsulu nisbətən kiçik investisiya sayəsində daha geniş müştəri kütləsini əhatə etməyə imkan verir.